Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NOVASETRİN 10 mq tabletlər
NOVACETRIN
Beynəlxalq patentləşdirilməmiş adı: Cetirizine dihydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza monohidrat, maqnezium stearat, susuz
kolloidal silisium dioksid, natriumnişasta qlikolyatı tip A.
Təsviri
Bir tərəfində xətti olan ağ rəngli tabletlərdir.
ATC kodu: R06AE07.
Farmakoterapevtik qrup
II nəsil antihistamin dərman vasitəsi.
Farmakoloji xüsusiyyətləri
Farmakokinetikası:
Setirizin antiallergik, farmakoloji dozalarda zəif yuxugətirici təsirə malik güclü antihistamin maddədir. O H1-histamin reseptorlarının selektiv antagonistidir, digər reseptorlara isə nəzərəçarpan təsir göstərmir. Buna görə də faktik olaraq antixolinergik və antiserotonin effekti yoxdur. Setirizin allergik reaksiyanın ilkin fazasında histamin mediatorunu inhibə edir, həmçinin onun ifrazını azaldır.
Farmokokinetika
Setirizin mədə-bağırsaq traktından yaxşı sorulur. Qida qəbulu preparatın sorulmasına praktik olaraq təsir etmir. 10 mq dozanın oral qəbulundan 1 saat sonra qanda pik konsentrasiyada - 0,3 mkq/ml (300 ng/ml) aşkar edilir. Qaraciyərdə cüzi miqdarda metabolizmə uğrayır. Setirizin əsasən dəyişilməmiş şəkildə sidiklə xaric olunur. Plazma zülalları ilə aktiv şəkildə birləşir. Yarımparçalanma müddəti böyüklərdə 10 saat, 6-12 yaşlı uşaqlarda 6 saat, 2-6 yaşlı uşaqlarda 5 saata bərabərdir. Plazma klirensi böyüklərə nisbətən uşaqlarda daha yüksəkdir. Plazma səviyyəsi verilən doza ilə xətti mütənasibdir. Setirizin plazma zülalları ilə aktiv birləşir. Qaraciyər çatışmazlığından əziyyət çəkən və böyrək klirensi 40 ml/dəq-dən az olan xəstələrdə yarımparçalanma müddəti artır. Qəbul olunmuş dozanın təxminən 2/3 hissəsi dəyişilməmiş halda böyrəklər vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
NOVASETRİN 10 mq tabletlər böyüklər və 6 yaşdan böyük uşaqlarda aşağıdakı hallarda göstərişdir.
Mövsümi və ya ilboyu davam edən allergik rinitlərin burun və göz simptomlarını yüngülləşdirmək üçün.
Övrənin müaliəsi üçün.
Əks göstərişlər
NOVASETRİN-i aşağıdakı hallarda qəbul etməyin.
Setrizin dihidroxloridə, preparatın köməkçi maddələrindən hər hansı birinə (bax: “Tərkibi”), hidroksizinə və ya hər hansı piperazin törəməsinə (digər dərmanların tərkibcə bir-birinə oxşar aktiv tərkib hissələri) qarşı allergiyanız varsa.
Ciddi böyrək xəstəliyiniz varsa (kreatinin klirensinin 10 ml/dəq-dən az olmasına gətirən ağır böyrək çatışmazlığı).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər siz böyrək çatışmazlığından əziyyət çəkirsinizsə, tövsiyə üçün həkiminizə müraciət edin, lazım gəldikdə dərmanı daha kiçik dozada qəbul edəcəksiniz. Yeni doza həkiminiz tərəfindən təyin olunacaq.
Əgər sizdə sidik ifrazı ilə bağlı problem varsa (onurğa beyni, prostat vəzi və ya sidik kisəsi problemləri kimi), lütfən məsləhət üçün həkiminizə müraciət edin.
Əgər siz epilepsiyadan və ya qıcolma riski olan başqa bir xəstəlikdən əziyyət çəkirsinizsə, məsləhət üçün həkiminizə müraciət edin.
Əgər sizin allergik sınaqlardan keçməniz planlaşdırılırsa, sınaqlardan bir neçə gün öncə Novasetrinin qəbulunu dayandırmalı olub-olmadığınızı həkiminizdən soruşun. Bu, dərman allergik sınaqların nəticələrinə təsir edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hər hansı digər dərman maddəsi qəbul edirsinizsə, son zamanlar qəbul etmisinizsə və ya qəbul edəcəksinizsə, bu barədə həkiminizə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzdan şübhələnirsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin.
Hamilə qadınlar NOVASETRİN qəbulundan qaçmalıdır. Dərmanın təsadüfən hamilə qadın tərə-findən qəbulunun dölə hər hansı mənfi təsir göstərəcəyi gözlənilmir. Amma hər halda, dərman, yalnız ehtiyac yarandıqda və həkim tərəfindən təyin olunduqdan sonra istifadə edilməlidir.Setiri-zin ana südünə keçir. Ona görə, laktasiya dövründə həkimlə məsləhətləşməmiş NOVASETRİN qəbul etməməlisiniz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Klinik araşdırmalar, NOVASETRİN-in tövsiyə edilən dozada qəbulunun diqqət, sayıqlıq və sürücülük qabiliyyətinə təsirini aşkarlamayıb.
Əgər siz avtomobil sürməyə, potensial təhlükəli fəaliyyətlə məşğul olmağa və ya mexanizmləri idarə etməyə hazırlaşırsınızsa, NOVASETRİN qəbulundan sonra dərmanın sizə təsirini diqqət-lə müşahidə edin.
Siz tövsiyə olunan doza həddini aşmamalısınız.
İstifadə qaydası və dozası
6-12 yaş arası uşaqlarda: gündə 1 və ya 2 dəfə 1/2 tablet.
12 yaşdan yuxarı uşaqlar və böyuklər: xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq gündə 1 və ya 2 dəfə 1 tablet təyin edilir.
Əgər siz ağır böyrək çatışmalzığından əziyyət çəkirsinizsə, dərmanın dozasında mümkün dü-zəlişlərin aparılması üçün həkiminizə müraciət edin.
Əgər uşağınızda böyrək xəstəliyi varsa, dərmanın dozasında mümkün düzəlişlərin aparılması üçün onun həkiminə müraciət edin.
Əgər Siz NOVASETRİN-in təsirinin lazım olduğundan zəif və ya güclü olduğunu düşünürsü-nüzsə, həkiminizə müraciət edin.
Müalicə müddəti
Müalicənin müddəti sizin şikayətlərinizin növündən, davametmə müddətindən və gedişin-dən asılı olub, həkiminiz tərəfindən təyin olunur.
NOVASETRİN-in qida və alkoqolla birlikdə qəbulu
Yemək NOVASETRİN-in sorulmasına təsir etmir.
Alkoqol (1 stəkan şərab qəbuluna uyğun gələn, qanda 0,5 q/l konsentrasiyası zamanı) ilə töv-siyə olunan dozada qəbul edilmiş setirizin arasında klinik əhəmiyyətli qarşılıqlı təsir qeyd olunmayıb. Ancaq daha yüksək dozada setirizin və alkoqolun birgə qəbulunun təhlükəsizliyi barəsində məlumat yoxdur. Bu səbəbdən, bütün antihistamin preparatları kimi, NOVOSET-RİN -i də alkoqol birlikdə qəbul etmək məsləhət görülmür.
NOVASETRİN-n dozasının qəbulu unudularsa
Unudulmuş dozanın əvəzinə dərmanı ikiqat dozada qəbul etməyin.
NOVASETRİN 10 mq preparatının qəbulunun dayandırılması
NOVASETRİN-in qəbulunu dayandırarkən, nadir hallarda, güclü qaşınma və /və ya övrə geri qayıda bilər.
Bu dərmanın qəbulu ilə bağlı hər hansı digər sualınız olarsa, həkiminizə müraciət edin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu preparatın da əlavə təsirləri var, amma onlar hər insanda baş vermir.
Aşağıda sadalanan əlavə təsirlər nadir və ya çox nadir hallarda rast gəlir, lakin özünüzdə onları müşahidə etsəniz dərmanın qəbulunu dərhal dayandırıb həkiminizi bu barədə məlumatlandırmalısınız.
Allergik reaksiyalar, o cümlədən ciddi allergiyalar və angionevrotik ödem (üz və ya boğazın şişməsi ilə gedən ağır allergik reaksiya).
Bu reaksiyalar, dərmanı qəbul edən kimi və ya bundan bir müddət sonra meydana çıxa bilər.
Tez-tez baş verən əlavə təsirlər (10 xəstədən birində baş verə bilər)
Yuxululuq.
Başgicəllənmə, başağrısı.
Faringit, rinit (uşaqlarda).
İshal, ürəkbulanma, ağzın quruması.
Ümumi halsızlıq.
Bəzən baş verən əlavə təsirlər (100 xəstədən birində baş verə bilər)
Həyəcanlanma.
Paresteziya (dəridə qeyri-adi hissiyatlar).
Qarında ağrı.
Qaşınma, səpgi.
Asteniya (kəskin halsızlıq), naxoşluq.
Nadir əlavə təsirlər(100 xəstədən birində baş verə bilər)
Bəziləri ağır olan (çox nadir hallarda) allergik reaksiyalar.
Depressiya, qarabasmalar, aqressiya, çaşqınlıq, yuxusuzluq.
Qıcolmalar.
Taxikardiya (nəbzin sürətlənməsi).
Qaraciyər funskiyasının pozulması.
Övrə.
Ödem (şişmə).
Bədən çəksinin artması.
Çox nadir əlavə təsirlər (10000 xəstədən birində baş verə bilər)
Trombositopeniya (qanda trombositlərin azalması).
Tiklər (adəti əzələ spazmları).
Bayılma, diskineziya (qeyri-iradi hərəkətlər), distoniya (əzələ yığılmasının müddətinin anormal artması), titrəmə, disgevziya (dadbilmənin təhrif olunması).
Görmənin dumanlanması, akkomodasiya (görmənin fokusa gətirilməsi) pozğunluğu, okulogir reaksiya (gözlərin qeyri-iradi dairəvi hərəkəti).
Angionevrotik ödem (üz və boynun şişməsi ilə müşayiət olunan ciddi allergik reaksiya), fiksə olunmuş dərman səpgisi.
Sidiyin anormal ifrazı (yatağın islanması, sidiyəgetmə zamanı ağrı və/və ya çətinlik).
Başvermə tezliyi məlum olmayan əlavə təsirlər (əldə olunmuş məlumatlara əsasən tezliyi təyin etmək mümkün olmur )
İştahanın artması.
Suisidal fikirlər (intihar barəsində təkrarlanan və ya rahatlıq verməyən düşüncələr).
Yaddaşın itirilməsi, yaddaşın pozulması.
Vertigo (fırlanma və ya hərəkət hissi).
Sidik ləngiməsi (sidik kisəsini tam boşalda bilməmə).
Dərmanın qəbulunu dayandırdıqdan sonra güclü qaşınma və /və ya övrə.
Əlavə təsirlər haqqında məlumatın verilməsi
Əlavə təsirlərdən hər hansı biri ilə qarşılaşsanız, həkiminizə müraciət edin. Bu həmçinin, siya-hıda sadalanmamış istənilən əlavə təsirə də aiddir.
Doza həddinin aşılması
Əgər siz, NOVASETRİN-in doza həddini aşdığınızı düşünürsünüzsə, həkiminizi bu barədə məlumatlandırın. O zaman lazım gələrsə, həkiminiz müəyyən tədbirlərin aparılmasına qərar verəcək.
Doza həddinin aşılmasından sonra, aşağıda sadalanmış əlavə təsirlər, daha intensiv şəkildə meydana çıxa bilər: çaşqınlıq, ishal, başgicəllənmə, yorğunluq, başağrısı, naxoşluq, göz bə-bəklərinin genişlənməsi, qaşınma, həyəcanlanma, keylik, yuxululuq, stupor, nəbzin anormal sürətlənməsi, qıcolmalar və sidiyin ləngiməsi.
Buraxılış forması
10 tablet blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Heç bir dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın. İstifadə etmədiyiniz dərmanın necə atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına yardım məqsədi daşıyır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində EXP sözündən sonra göstərilir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ABC Farmaceutici S.p.A. – Canton Moretti, 29 – Localita San Bernardo-10015 Ivrea (TO) – Italy.
Qeydiyyat vəsiqəsinin sahibi
Novator Pharma LLP, United Kingdom.
Office 307, Regico Offices the Old Bank 153 the Parade high street Watford, United Kingdom.
Məhsulun və əmtəə nişanının sahibi
Novator Pharma LLP, United Kingdom.
Office 307, Regico Offices the Old Bank 153 the Parade high street Watford, United Kingdom.