Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KLORİTOL vaginal şam
KLORITOL
Beynəlxalq patentləşdirilməmiş adı: Econazole
Tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 150 mq ekonazol nitrat vardır.
Köməkçi maddələr: bərk yağ, orta uzunluqlu zəncirə malik triqliseridlər.
Təsviri
Ağ və ya ağımtıl homogen, torpedoyabənzər bərk şamlardır.
Farmakoterapevtik qrupu
Mikrobəleyhinə preparatlar və antiseptiklər, kortikosteroidlərlə kombinasiya istisna olmaqla, imidazol törəmələri.
ATC kodu: G01AF05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ekonazol nitrat geniş təsir spektrinə malik olub, dermatofit, kif və maya göbələklərinə qarşı aktivdir. Həmçinin, qrammüsbət bakteriyalara qarşı da nəzərəçarpaçaq aktivliyə malikdir.
Ekonazol nitrat göbələk hüceyrəsinin membranını zədələyir və keçiriciliyini artırır. Ekonazolun əsas hədəfi hüceyrə membranlarının fosfolipid təbəqəsindəki doymamış yağ turşularının asil qruplarıdır.
Farmakokinetikası
Vaginal istifadə zamanı çox az bir hissəsi absorbsiya olunur.
İstifadəsinə göstərişlər
Candida albicans və digər göbələklərin vaginitin müalicəsi.
Əks göstərişləri
Ekonazola və preparatın digər komponentlərindən hər hansı birinə qarşı fərdi hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıda qeyd olunmuş hallarda həkimlə məsləhətləşin:
Hər hansı digər vaginal müalicə alırsınızsa
Baryer kontraseptivlərdən (prezervativlər) istifadə edirsinizsə (ekonazol rezinin çırılmasına səbəb ola bilər)
Spermisid kontraseptivlərdən istifadə edirsinizsə
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər, siz hər hansı digər preparat (hətta bitki tərkibli) qəbul edirsinizsə və ya qəbul etməyə hazırlaşırsınızsa, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.
Əgər, siz varfarin, asenokumarol kimi qan durulducu (antikoaqulyant) preparatlar qəbul edirsinizsə, bu haqda həkiminizə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Kloritolun istifadəsi ilə bağlı həkiminizlə məsləhətləşin. Kloritolun hamiləlik zamanı istifadəsi ana üçün faydasının döl üçün potensial riskdən daha üstün olduğu zaman təyin olunur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kloritol preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Kloritolu istifadə etməzdən qabaq əllərinizi yaxşıca yuyun, xüsusən siz hamiləsinizsə. Kloritol uşaqlıq yoluna uzanıqlı vəziyyətdə axşam yatmazdan qabaq dərin olaraq yeridilməlidir.
Vaginal şamları oral qəbul etmək olmaz, əgər oral qəbul etsəniz bu haqda həkimizə məlumat verin.
Kəskin göbələk vaginitlərində 150 mq yatmazdan qabaq 3 gün təyin olunur, xroniki hallarda, həmçinin hamiləlik zamanı 50 mq səhər və axşam 7 gün ərzində təyin olunur.
Standart 3 günlük terapiya zamanı effekt alınmazsa, 10 gündən sonra müalicə təkrarlana bilər.
16 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmayıb.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Kloritol vaginal şamlar, hamıda olmasa da, əlavə təsirlər törədə bilər. Kloritol vaginal şamlarının istifadəsi zamanı aşağıda qeyd edilən əlavə təsirlər müşahidə edilmişdir. Onlar baş vermə tezliyinə müvafiq olaraq sadalanır:
Ümumi (100 nəfərdən 1-də):
Dəridə qaşınmalar
Dəridə yanğı hissi
Vulvovaginal nahiyədə səpki və qaşınmalar
Nadir (1000 nəfərdən 1-də):
Dərinin qızarması
Başvermə tezliyi məlum olmayan hallar:
Vulvovaginal nahiyədə ağrı, ödem və ya qıcıqlanma
Dərinin iltihabı (kontakt dermatit)
Dərinin qabıqlanması
Hiperhəssaslıq.
Əgər sizdə allergik reaksiyanın əlamətləri: səpki, udma və ya nəfəsalama çətinliyi varsa, dodaqlarda, üzdə və ya boğazda ödem olarsa, ciddi hipovolemiya zamanı preparatın qəbulunu dayandırın və həkiminizə məlumat verin.
Qeyd olunmuş və ya bu içlikdə qeyd olunmayan hər hansı bir əlavə təsirlərlə rastlaşsanız bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqda məlumat yoxdur.
Buraxılış forması
5 vaginal şam, blisterdə. 2 blister, içlik vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Fulton medicinali S.p.A.
Via Marconi 28/9 20020 - Arese (Milan) – Italy.
Məhsulun və əmtəə nişanının sahibi
Novator Pharma MMC.
Office 21, 8 Shepherd Market, London, W1J 7JY (UK).