Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!
Tibbi vasitə - Sprey
TƏRKİBİ:
Propolis ekstraktı – 0,5%
İtburnu ekstraktı – 2,9 %
Qara qarağat extraktı – 2,9%
Evkalipt efir yağı – 0,2%
Zirə efir yağı – 0,003%
KÖMƏKÇİ MADDƏLƏR:
İzotonik məhlul, kalium sorbat.
XÜSUSİYYƏTLƏRİ:
PROPORIN Nasal – bitkilərin ekstraktlarından və efir yağlarından ibarət burun spreyidir. Burunun selikli qişasında qan dövranını yaxşılaşdırır və yerli immuniteti artırır. Burunun selikli qişasına nəmləndirici təsir göstərir və selikli qişanı ətraf mühitin əlverişsiz faktorlarından (isti və quru hava, tüstü, toz) qoruyur. Antibakterial, antifungal, virus əleyhinə, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir, hiperemiyanı azaldır, selik ifrazını normallaşdırır.
PROPORIN Nasal LOR orqanları xəstəliklərinin müalicəsində effektiv təsir göstərir, burun və burunətrafı boşluqların infeksion xəstəliklərində, otitin kompleks müalicəsində təbii vasitə kimi geniş istifadə olunur.
Propolis ekstraktı – bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Tərkibi xeyirli maddələrlə (qalanqin, efir yağları, qətran, vitaminlər, mikroelementlər, mum) zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antibakterial və antifungal təsirə malikdir. PROPORIN Nasal-ın tərkibində olan Propolis ekstraktı sertifikatlaşmış MAEF™ metodu ilə əldə olunduğu üçün daha çox konsentrasiyalaşmış və təmizlənmiş ekstraktdır. Belə ki, aktiv komponenti olan Qalanqin bioflavonoidi tərkibində 24 mq/ml deyil, 41 mq/ml təşkil edir. Həmçinin iltihab əleyhinə, virus əleyhinə, ağrıkəsici (novokaindən 2-3 dəfə güclüdür) effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
İtburnu ekstraktı – askorbin turşusu ilə zəngindir, damar keçiriciliyini azaldır, iltihab əleyhinə təsir göstərir, yerli immuniteti və regenerasiyanı aktivləşdirir.
Qara qarağat ekstraktı – antiseptik, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir. Xaricə istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentləri sayəsində büzücü, hemostatik təsir göstərir.
Evkalipt efir yağı – zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də var. Evkalipt yağı antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik və immunostimulyator təsirlərə malikdir. Burunun selikli qişasına sakitləşdirici və yumşaldıcı təsir göstərir.
Zirə efir yağı – doymamış yağ turşuları (omeqa-3, omeqa-6, omeqa-9), beta-karotin, amin turşuları, flavonoidlər, saponinlər və enzimlərlə zəngindir. Orqanizmdə kollagenin sintezini artıraraq burunun selikli qişasına güclü regenerasiyaedici təsir göstərir. Bundan başqa bakterisid, antifungal, allergiya əleyhinə, immunostimulyator, iltihab əleyhinə də təsirlərə malikdir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
-Kəskin və xroniki rinitlər
-Sinusitlər (haymorit, etmoidit, frontit)
-Burunun selikli qişasında quruluq
-Kəskin respirator xəstəliklərin profilaktikası və müalicəsi
-Burun boşluğunda aparılan əməliyyatlardan əvvəl və sonra
-Otitin kompleks müalicəsində
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Hər burun dəliyinə 1 və ya 2 püskürmə, gündə 3 dəfə, 2 yaşından yuxarı uşaqlara hər burun dəliyinə 1 püskürmə, gündə 2-3 dəfə istifadə olunur. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Tərkibində olan hər hansı bir komponentə qarşı fərdi hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Müəyyən edilməmişdir.
BURAXILIŞ FORMASI:
Burun spreyi 15 ml.
SAXLAMA ŞƏRAİTİ:
26°C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Reseptsiz buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
"NOVATOR PHARMA" LLP - Office 21, 8 Shepherd Market, London, W1J 7JY, Böyük Britaniya.
İSTEHSALÇI:
GRICAR CHEMICAL SRL, İtaliya.
Dərman vasitəsi deyil.