Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!

NOVATOR PHARMA haqqında


2007-ci ildə fəaliyyətə başlayan şirkətimiz bu gün əczaçılıq bazarında xüsusi mövqeyə malik olan və geniş preparat portfeli ilə çıxış edən etibarlı şirkətlərdən biridir. Şirkətimizin əsas məqsədi yüksək keyfiyyətli dərman vasitələrinin və bioloji fəallığa malik qida əlavələrinin ölkə bazarına təqdim olunmasını təmin etmək və səhiyyə sektorunun inkişafına töhfə verməkdir.

Şirkətimiz beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tanınmış istehsalçılarla əməkdaşlıq edir. Bu əməkdaşlıqlar sayəsində müasir tibbi tələblərə cavab verən innovativ və effektiv preparatlar ölkəmizə gətirilərək apteklərə və tibb müəssisələrinə çatdırılır.

Mərkəzi ofisi Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən NOVATOR PHARMA şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin iki regional mərkəzi ofisi vasitəsilə fəaliyyətimiz daha da genişləndirilmişdir.

Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri məlum farmakoloji komponentlərin unikal və effektiv kombinasiyalarının hazırlanması və insanlara çatdırılmasıdır. Məhsul portfelimizə həm bioloji fəallığa malik qida əlavələri, həm də kimyəvi tərkibli dərman preparatları daxildir.

Missiyamız


Missiyamız yüksək keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələrinin və bioloji fəallığa malik qida əlavələrinin ölkə bazarına təqdim olunmasını təmin etməkdir. Şirkətimiz beynəlxalq əczaçılıq istehsalçıları ilə əməkdaşlıq edərək innovativ preparatları səhiyyə sektoruna çatdırmağı və insanların sağlam həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi qarşısına məqsəd qoyur.

Biz fəaliyyətimizdə etibarlılıq, keyfiyyət, peşəkarlıq və davamlı inkişaf prinsiplərinə əsaslanaraq tərəfdaşlarımız üçün stabil və güvənilən əməkdaşlıq mühiti yaradırıq.

Vizyonumuz


Vizionumuz ölkəmimizn əczaçılıq bazarında innovativ məhsullar və daha geniş beynəlxalq əməkdaşlıq sayəsində lider şirkət olmaqdır .