Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!
TƏRKİBİ:15 ml-də
Vitamin D3 (Xolekalsiferol) - 50000 BV (1000 BV / 10 damcı)
(Vitamin D3 (Cholecalciferol)) - (50000 IU (1000 IU / 10 drops))
Köməkçİ maddələr:
Raps yağı (Rapeseed oil), DL-alfa tokoferil asetat (DL-alpha tocopheryl acetate)
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
2-14 yaş arası uşaqlar: gündə 2-3 damcı (200-300 BV), 14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 6 damcı (600 BV). 2-4 yaş arası uşaqların istifadəsi üçün uyğundur. 4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur.
Məhsulun tərkibinə daİr bəyan:
“D vitamini kalsium və fosforun normal sorulmasına (istifadəsinə) kömək edir.”
“D vitamini qanda kalsiumun miqdarını normal səviyyədə saxlamağa kömək edir.”
«D vitamini normal sümüklərin müdafiəsinə kömək edir.»
«D vitamini normal əzələ funksiyasına kömək edir.»
«D vitamini normal dişlərin müdafiəsinə kömək edir.»
“D vitamini immun sisteminin normal fəaliyyətinə kömək edir.”
“D vitamininin hüceyrələrin bölünməsində rolu var.”
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, D vitamininin hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması, 2 yaşa qədər uşaqlar.
BURAXILIŞ FORMASI:
Daxilə qəbul üçün məhlul-damcı.
QABLAŞDIRMA FORMASI:
15 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Bioloji aktiv qida məhsuludur. Bioloji aktiv qida məhsulları normal qidalanmanı əvəz etmir. Dərman vasitəsi deyildir. Xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən gündəlik qəbuletmə dozasını keçməyin.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
30 ay.
MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
«Novator Pharma» LLP - Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA “Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002
QEYDİYYAT NÖMRƏSİ:
MQ-05-001135