Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!

Venolast Gel

Venolast Gel

Tibbi vasitə - Gel

TƏRKİBİ:
Diosmin - 0,1%
Hesperidin - 0,1%
Mimoza - 6%
Ginkgo Biloba - 5%
Qırmızı üzüm - 5%
Mentol - 2,15 %
Papaya - 4%
Sentella - 4%
Sərv - 3%
Rutin - 2%
Qırmızı qaragilə - 0,3%

KÖMƏKÇİ MADDƏLƏR:
Su, propilen qlikol, denaturasiya olunmuş spirt, lesitin, karbomer, fenoksietanol, trietanolamin, etilheksilqliserin, Na hidroksid, K sorbat, natrium sorbat, natrium benzoat, benzil spirti, CI 19140 (FD&C Yellow 5 No. 5)

XÜSUSİYYƏTLƏRİ:
Venolast tərkibindəki diosmin və hesperidin hesabına ödem əleyhinə, venotonik və angioprotektiv təsirlərə malikdir. Bioflavonoidlər lizosomal fermentlərin konsentrasiyasını azaldır, nəticədə kapillyarların divarlarında mukopolisaxaridlərin parçalanması zəifləyir, kapillyar divarlarında keyfiyyət artır. Bioflavonoidlər damarların keçiriciliyini azaldaraq kiçikmolekullu zülalların, elektrolitlərin və suyun hüceyrəarası maddəyə süzülməsinin qarşısını alır. Bunun nəticəsində ödemlərin, yorğunluq hissinin, gərginliyin əhəmiyyətli dərəcədə, qaşınmanın və ağrının qismən azalması müşahidə edilir.
Mimoza - tərkibində mimozin, tanin, oksalat var. Antiseptik, iltihab əleyhinə, yara sağaldıcı və ağrıkəsici xüsusiyyətə malikdir.
Ginkgo Biloba qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla enerji təminatını optimallaşdırır. Beləliklə, hüceyrələrin normal funksiyalarını bərpa edərək toxumaların funksional fəaliyyətini gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
Qırmızı üzüm - tərkibində üzüm flavonoidləri deyilən bir maddə - resveratrol var.
Funksiyaları:bəd xassəli hüceyrələrin inkişafını dayandırır, tromboflebiti aradan qaldırır, damarların elastikliyini bərpa edir, xolesterin düyünlərini dağıdır, antiallergik və iltihabəleyhinə təsir göstərir.
Mentol -ağrıkəsici, sakitləşdirici, antiseptik və spazmolitik təsir göstərir.
Papaya - tərkibi vitamin, mineral və beta karotindən ibarətdir. Funksiyaları: birləşdirici toxuma regenerasiyasında iştirak edir, xolesterinin səviyyəsini aşağı salır, trombəmələgəlmənin qarşısını alır, antioksidant və iltihab əleyhinə təsir göstərir.
Sentella - tərkibindəki efir yağları və bioflavonoidlər hesabına vena tonuslandırıcı effektə malikdir. Damarların divarının elastikliyini yaxşılaşdıraraq venoz çatışmazlığı aradan götürür, kapillyarların elastikliyini artırmaqla isə yerli mikrosirkulyasiyanı yaxşılaşdırmış olur. Tərkibinin saponozidlərlə (aziatikozid və madekassozid) zəngin olması hesabına damarlarda kollagenin və mukopolisaxaridlərin sintezini artırmaqla damar divarının elastiklik indeksini yüksəldir, damarların zədələnmiş endotel qatının sürətli bərpasını təmin edir, dərinin epitelizasiyasını gücləndirir.
Sərv - tərkibində efir yağlarının hesabına spazmolitik effektə malikdir. Damarları qoruyur və ödemi götürür. Sakitləşdirici və stimuləedici təsiri var. Tərkibində olan flavonol hesabına damar tonusunu saxlayır, periferik qan dövranını yaxşılaşdırır və varikozun qarşısını alır.
Rutin - tez bir zamanda damar divarını və birləşdirici toxumanı möhkəmləndirir, qanaxmanı dayandırır, venalara profilaktik və müalicəvi təsir göstərir. Venaların varikoz genişlənməsi zamanı damarlarda baş verən patoloji dəyişikliklərin aradan götürülməsində yüksək effektivliyə malikdir. Venaların tonusunu artırır, plazma zülalları üçün kapillyarların keçiriciliyini azaldır, qanın fibrinolitik fəallığını artırır, özüllüyünü azaldır, periferik qan dövranını normallaşdırır, dərinin trofiki zədələnmələrində müsbət təsir göstərir.
Qırmızı qaragilə - tərkibi ən çox C və P vitaminləri ilə zəngindir. Qırmızı qaragilə damar divarını tonuslandırır və elastikliyini təmin edir. Trombəmələgəlmənin qarşısını alır.

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
• Aşağı ətrafların xroniki venoz çatışmazlığı (varikoz genişlənmələr, tromboflebit)
• Aşağı ətraflarda ağırlıq, ağrılar, gecə qıcolmaları, trofiki pozğunluqlar
• Aşağı ətrafların kəskin venoz çatışmazlığı zamanı aparılan cərrahi əməliyyatdan sonrakı dövrdə
• Diabetik mikroangiopatiya, diabetik pəncə

ƏKS GÖSTƏRİŞLƏRİ:
Açıq yaralar, qanaxmalar, preparatın hər hansı bir komponentinə qarşı həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar

SAXLANMA QAYDASI:
Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 30ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

İSTİFADƏ QAYDASI:
Patoloji nahiyəyə gündə 2-3 dəfə sürtməli.

BURAXILIŞ FORMASI:
VENOLAST GEL 100 ml

APTEKDƏN BURAXILIŞ QAYDASI:
Reseptsiz

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
"NOVATOR PHARMA" LLP
, Böyük Britaniya .

İSTEHSALÇI:
GRICAR CHEMICAL S.R.L İtaliya.
Dərman vasitəsi deyil.