Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!
Tibbi vasitə - Rektal Şam
HƏR ŞAMIN TƏRKİBİ:
Kalendula eks. - 100 mq
Çaytikanı yağı - 100 mq
Bağayarpağı eks. - 50 mq
Çobanyastığı eks. - 50 mq
D-pantenol - 100 mq
Hialuron turşusu - 50 mq
At şabalıdı eks. - 50 mq
Hidrosmin - 50 mq
Hesperidin - 50 mq
Rutin - 50 mq
XÜSUSİYYƏTLƏRİ:
Kalendula (Calendula) - tərkibi karotin, kumarinlər, flavonoidlər, efir yağları, molibden, selen, fluor və sinklə zəngindir. Zəngin tərkibi hesabına Kalendula güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürərək, zədələnmiş nahiyənin regenerasiyasını təmin edir. Preparat həm də güclü spazmolitik təsirə malik olduğundan spastik ağrıları tez bir zamanda aradan götürür.
Çaytikanı yağı (Sea buckthorn oil) - tokoferol, karotin, karotinoidlər, yağ turşuları ilə zəngin olduğundan güclü iltihab əleyhinə, antioksidant və regenerasiyaedici təsirlərə malikdir. Selikli qişa hüceyrələrini toksiki maddələrdən, peroksid birləşmələrindən qoruyaraq onların yarada biləcəyi fəsadların qarşısını almış olur. Selikli qişa komponentlərinin sintezini gücləndirməklə zədələnmiş nahiyələrin sürətli regenerasiyasını təmin edir.
Bağayarpağı (Plantain) - bitkisinin yarpağı vitamin C, limon turşusu, karotin, flavonoidlər, fitonsidlər və vitamin K ilə zəngin olduğundan, angioprotektiv, antioksidant, yarasağaldıcı və qansaxlayıcı təsirlərə malikdir. Adı çəkilən xüsusiyyətləri hesabına damar keyfiyyətini yaxşılaşdıraraq tonusdan düşmüş damarların tonusunu bərpa edir, mikrosirkulyasiya prosesini sürətləndirir. Güclü antioksidant təsiri hesabına sağlam hüceyrələri yaranmış sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Çobanyastığı (Chamomilla) - tərkibində olan xamazulen, apigenin, efir yağları, salisil turşusu hesabına iltihab əleyhinə, antiseptik, ağrıkəsici və spazmolitik təsir göstərir.
D-pantenol (D-panthenol) - pantoten turşusunun (vitamin B5) törəməsi olub, selikli qişanın regenerasiyasını sürətləndirir, kollagen liflərin davamlılığını artırır və iltihab əleyhinə təsir göstərir.
Hialuron turşusu (Hyaluronic acid) - düz bağırsağın selikli qişasında kollagenin sintezini artıraraq epitelizasiya proseslərini sürətləndirir və zədə nahiyəsinin tez bir zamanda sağalmasını təmin edir.
At şabalıdı ekstraktı (Chestnut extract) - güclü vena tonuslandırıcı təsirlərə malikdir. Venoz durğunluğu aradan qaldıraraq ödem və ekssudasiya kimi halların yaranmasına əngəl olur. Lizosomal fermentlərin aktivləşməsinin qarşısını alaraq, kapilyarların divarında olan proteoqlikanların və mukopolisaxaridlərin parçalanması hallarını aradan götürür. Bununla da kapilyarların divarını möhkəmləndirərək keçiriciliyini azaldır.
Hidrosmin(Hidrosmin) - flavonoid olub, venotonik, angioprotektor vasitədir. Venaların tonusunu artırır, venoz durğunluğun qarşısını alır. Kapilyarların keçiriciliyini aşağı salır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Hesperidin (Hesperidin) - bioflavonoid olub, sitrus meyvələrinin qabığında olur. Hesperidin venotonik və angioprotektor təsir göstərərək qan damarlarının divarını möhkəmləndirir, keçiriciliyini aşağı salır, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Rutin (Rutine) - flavonoid olub, venotonik, angioprotektor, qankəsici təsirlərə malikdir. Damar divarını möhkəmləndirir, kapilyarların keçiriciliyini azaldır, periferik qan dövranını normallaşdırır.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
- Xarici və daxili hemorroy
- Anal çatlar
- Anusun eroziyaları və mikrotravmaları
- Anal qaşınma
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda yerli allergik reaksiyalar.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
Vacerin şam rektal istifadə üçün nəzərdə tutulub. Şəxsi gigiyenanın bütün qaydalarına riayət edilərək 1 şam gün ərzində 1-2 dəfə düz bağırsağa dərinə yeridilir. Bu prosedurdan sonra 15-20 dəqiqə uzanıqlı vəziyyətdə qalmaq məsləhət görülür. Müalicə müddəti 7-14 gündür, lazım olarsa müalicə kursu təkrar edilə bilər.
Doza yaşa uyğun olaraq həkim tərəfindən təyin olunur.
HAMİLƏLİK VƏ LAKTASİYA:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi mümkündür.
DOZA HƏDDİNİN AŞILMASI: Pasiyentin sağlamlığına heç bir təhlükə yaratmır.
BURAXILIŞ FORMASI:
Hər biri 5 rektal şamdan ibarət 2 blister karton qutuda qablaşdırılıb.
SAXLANMA ŞƏRAİTİ:
Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə, 16-22ºC
temperaturda saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
APTEKDƏN BURAXILIŞ QAYDASI:
Reseptsiz buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
«NOVATOR PHARMA LLP», Böyük Britaniya.
İSTEHSALÇI:
«FULTON MEDICINALI SPA», İtaliya.
Dərman vasitəsi deyil.