Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!

Vagymin

Vagymin

Tibbi vasitə - Vaginal şam

Bir vaginal şamın tərkibi:
Lactobacillus rhamnosus - 1 milyard
Adaçayı (Şalfey) bitkisinin ekstraktı - 3,5 mq
Süd turşusu - 70 mq
Proteoza pepton - 40 mq
Fol turşusu - 1,5 mq
Çay ağacı yağı - 5 mq

XÜSUSİYYƏTLƏRİ:
Müxtəlif vaginal infeksion proseslər və onların antibiotiklərlə, hormonal preparatlarla yerli və sistem müalicəsi, vaginal gigiyenik normaların qorunmaması normal vaginal mikrofloranın məhvinə gətirib çıxarır . Bu zaman yaranmış vaginal disbakterioz qadın cinsiyyət orqanlarının infeksion-ilthabi proseslərə yoluxma hallarının artmasına, intim əlaqə zamanı və adi hallarda belə diskomfort, qaşınma və ağrı hisslərinin yaranmasına səbəb olur.
Vagyminin terapevtik effekti tərkibindəki komponentlərin təsirinə əsaslanır. Sağlam qadınların vaginal mikroflorasının əsasını təşkil edən Lactobacillus rhamnosus hesabına Vagymin normal vaginal mikrofloranı bərpa edərək, uşaqlıq yolunun patogen və şərti patogen mikroorqanizmlərə qarşı qoruyucu baryerini təşkil edir. Adaçayı (Şalfey) bitkisinin ekstraktı vitaminlər, fitonsidlər, efir yağları, alkoloidlər, flavonoidlər, üzvi turşular, təbii antioksidantlarla zəngindir. Bu zəngin tərkibinə görə Vagymin çox güclü dezinfeksiyaedici, iltihabəleyhinə, antibakterial, antifunqal və regenerasiyaedici xüsusiyyətlərə malikdir. Tərkibindəki fitohormonlar hesabına klimaks dövründə vaginal quruluğu aradan qaldırır.
Proteoza pepton vaginal selikli qişanın vacib komponenti olub zədələnmiş selikli qişanın regenerasiyasını sürətləndirir və vaginal boşluqda xəstəliktörədən mikroorqanizmlərin artıb çoxalmasının qarşısını alır. Fol turşusu selikli qişa hüceyrələrinin regenerator imkanlarını gücləndirməklə yanaşı, süd turşusu vaginal boşluqda vacib saprofit bakteriyaların inkişafına əlverişli şərait yaradır, belə ki, təyinindən dərhal sonra vaginanın normal pH-ı ( 3,5 - 4,5) bərpa olunur.
Çay ağacı yağı antiseptik, antifungal və regenerasiyaedici təsirlərə malikdir.

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
• Vaginit və bakterial vaginozların müalicə və profilaktikası.
• Vulvovaginal kandidozların müalicə və profilaktikası.
• Vaginal virus infeksiyalarının müalicə və profilaktikası.
• Peroral və ya vaginal kontraseptivlərin qəbulu zamanı.
• Yerli ginekoloji cərrahiyyə əməliyyatlarından əvvəl.
• Antibiotiklərlə müalicədən sonra.
• Doğuşdan və abortdan əvvəl.
• Mayalanma əleyhinə spiralların qoyulmasından sonra.
• Uşaqlıq daxili müayinədən əvvəl (histeroqrafiya).
• İntim gigiyenanın saxlanılması məqsədi ilə.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda yerli allergik reaksiyalar (qaşınma, vaginal ifrazatın artması) müşahidə oluna bilər.

İSTİFADƏ QAYDASI:
Şəxsi gigiyenanın bütün qaydalarına riayət edilərək bir şam uşaqlıq yoluna dərin olmaqla yatmazdan əvvəl qoyulur. Gün ərzində iki dəfə təyin olunarsa şamla bərabər vaginal tamponların qoyulması rahat istifadəyə zəmanət verir. Orta müalicə müddəti 7-10 gün götürülür, lazım olarsa müalicə kursu 20 günə qədər uzadıla bilər. Doza yaşa uyğun olaraq həkim tərəfindən təyin olunur.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi mümkündür.

DOZA HƏDDİNİN AŞILMASI:
Sağlamlıq üçün heç bir təhlükə yaratmır.

DİGƏR PREPARATLARLA QARŞILIQLI TƏSİRİ:
Vagyminin antibakterial, göbələkəleyhinə və antiprotozoy preparatlarla (metronidazol və ko-trimoksazol istisna olmaqla) birgə təyini məsləhət deyil. Qeyd edilmiş dərman vasitələri ilə müalicədən sonra Vagyminin təyinatı vacibdir və müalicənin effektivliyini artırır.
BURAXILIŞ FORMASI: Hər biri 5 vaginal şamdan ibarət 2 blisterli karton qutuda buraxılır.

APTEKDƏN BURAXILIŞ QAYDASI:
Reseptsiz buraxılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHIBİ:
NOVATOR PHARMA LLP, Böyük Britaniya.

İSTEHSALÇI:
FULTON MEDICINALI SPA - Via Marconi, 28/9 -20044 Arese (MI), İtaliya.
Dərman vasitəsi deyil.